Aviasiyada yeni dövr

Germanwings hava yollarına məxsus təyyarənin qəzaya uğramasının ardından, bəzi hava yolu şirkətləri kabinədə hər zaman iki nəfərin olması şərtini nəzərdə tutan yeni qaydaları tətbiq etməyə başlayıblar.

Fransız prokurorların Germanwings hava yollarına məxsus təyyarənin düşməsində pilotu günahlandırması, hava yolu şirkətlərini kabinələr üçün qaydaları sərtləşdirməyə məcbur edib.

Financial Times-ın xəbərinə görə, kabinədə hər zaman iki nəfərin olması şərtini nəzərdə tutan yeni qaydaları ilk dəfə Easyjet, Norwegıan, Monarch, Emirates və Air Canada şirkətləri tətbiq etməyə başlayıblar.

Easyjet, bu qərarı Britaniya Mülki Aviasiya Administrasiyası ilə apardığı danışıqlardan sonra verib.Britaniya Mülki Aviasiya Administrasiyasından Riçard Teylor, kabinədən bir nəfərin çıxması halında, digər kabinə əməkdaşlarından birinin kabinəyə keçəcəyini qeyd edib.

Fransız prokurorlar, Germanwings təyyarəsinin köməkçi pilot tərəfindən qəsdən qəzaya uğradılmış ola biləcəyini iddia edirlər. Qara qutudakı səs yazılarına görə, təyyarənin pilotlarından biri təyyarə yüksəklik itirməyə başlamazdan əvvəl, sərnişinlərin olduğu kabinəyə keçib. Bir müddət sonra geri qayıdaraq kabinə qapısını açmaq istəyən pilot qapını aça bilməyib və içəridəki pilotdan cavab almayıb. Pilot daha sonra qapını yumruqlamağa, təpikləməyə başlayıb, hətta sındırmağa çalışıb, ancaq qapını açmağa nail ola bilməyib və pilot kabinetindəki pilotdan yenə heç bir reaksiya gəlməyib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar