Prezident amerikalılarla görüşə silahla gəldi - Fotolar

Ukraynanın prezidenti Petro Poroşenko ABŞ nümayəndələri ilə görüşə silahla gəlib. Anspress-in məlumatına görə, prezidentin amerikalı rəsmiləri aeroportda qarşılayarkən çəkilən şəkilləri internet istifadəçilərinin böyük marağına və səs-küyə səbəb olub. Şəkillər ABŞ-ın hərbi "Humvee" maşınlarının Ukraynaya gətirilməsi zamanı çəkilib. İnternet istifadəçiləri isə Ukrayna prezidentinin bu formada görüşə gəlməsini şişirdilmiş hesab ediblər. "Baldırında pistoletlə gəlmək bir az ağ olub. Madam ki, belədir, onda tam formada hazırlıqlı gələrdin - dəbilqə, zirehli geyim, taktiki eynəklər, avtomat, 10 qranat... Bir də taktiki bıçaq və tibbi çantanı da unutma", - deyə şərhlərdə yazıblar.

Qeyd edək ki, keçən çərşənbə günü Ukrayna ABŞ-ın hərbi "Humvee" maşınlarının ilk partiyasını alıb. Ümumilikdə ABŞ Kiyevə 230 belə maşın göndərməyi planlaşdırır. Hərbi maşınların qalanı növbəti 45 gün ərzində Ukraynaya çatdırılacaq. Bu maşınlar Donbasda xüsusi hərbi əməliyyatlar aparılan yerlərə göndəriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar