PUTİNİN RƏQQASƏ, AKADEMİK QIZI - VİDEO, FOTOLAR

Moskva Dövlət Universitetində (MDU) işləyən Yekaterina Tixonovanın Putinin qızı olduğunu təsdiqləyiblər.ANS PRESS-in məlumatına görə, bunu MDU-nun rəhbərliyinə yaxın olan, lakin adının açıqlanmamasını istəməyən bir şəxs bildirib. O, "Reuters"ə müsahibəsində Tixonovanın Putinin qızı olub-olmaması sualına "Bəli, bu odur", deyə cavab verib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Tixonova haqqında soruşulan suala "Mən bilmirəm, o, kimdir" deyib. Daha sonra jurnalistlər Putinin qızının MDU-da işləyib-işləmədiyini soruşublar. Peskov isə "Mən bilmirəm. Bu, mənim işim deyil. Mən Putinlə məşğulam, qızı ilə deyil", - deyə cavab verib.

Qeyd edək ki, Yekaterina Tixonova "Milli intelektual inkişaf" fondunun rəhbəri, "İnnovatika" təşkilatının direktoru, Moskva Dövlət Universitetinin elmi şurasının üzvü, beynəlxalq akrobatik rok-n-roll konfederasiyasının vitse-prezidentidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar