Milyardlarla insana pulsuz internet

“Facebook” milyardlarla insana internet təmin edəcək

Sosial media nəhəngi “Facebook”, qarşıdakı illərdə dünyada interneti olmayan kimsənin qalmaması üçün hərəkətə keçib.

“Facebook”un təxminən 2 il əvvəl start verdiyi “internet.org” adlı layihəsi çərçivəsində Pilotsuz Hava Vasitələri (Drone) dünyaya internet yayacaq.

İngiltərənin paytaxtı Londonda keçirilən “Drone”ların sınaq uçuşundan müsbət nəticələr əldə edilib. “Drone”ların istifadəyə verilməsilə təxminən 6 milyard nəfərə internet təqdim etməsi gözlənilir.

Yunan mifologiyasından ilham alınaraq “Aquila” adı verilən və maksimum 20 min metr hündürlükdə uçacaq “Drone”arın qarşıdakı illərdə istismara veriləcəyi gözlənilir.

“Facebook”un bu layihəsi haqqında şəxsi “Facebook” səhifəsi üzərindən bəyanatlar verən şirkətin qurucu və İcraçı Direktoru Mark Zuckerberg, enerjisini günəşdən alan və bu sayədə 3 il fasiləsiz uçan vasitələrin qanadının eninin bir “Boeing 737”dən bir az uzun, ağırlığının isə bir avtomobildən daha yüngül olduğu məlumatını bölüşüb. Zuckerberg, internet əlaqəsi olmayan bölgələrə asanlıqla çatacaq bu vasitələrin bütün dünyaya internet gətirəcəyini vurğulayıb. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar