Terrorçular otelə basqın etdi

“Əş-Şabab” terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.

Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.

Qeyd edək ki, “Əş-Şabab” radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. “Əş-Şabab” yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar