MİRZƏ SAKİT TÜRKİYƏDƏ "OTELDƏ ÇƏKİLMİŞ VİDEOLARINDAN" DANIŞDI - "Bu əməliyyat haqda..."

 “Məndə olan məlumata görə, Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanlarının əlində Sakit Zahidovun Türkiyədə oteldə çəkilmiş videoları var. Hətta bəzi məlumatlara görə, bunlar elə çəkilişlərdir ki, Sakit Zahidova “özünü çıx Eyfelin başından at” desələr, onu da edər."

Satirik-şair Mirzə Sakitlə bağlı bu sensasiyalı açıqlamanı “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, hazırda mühacirətdə olan Fikrət Hüseynli "Yeni Müsavat" qəzetinə müsahibəsində verib. Xatırladaq ki, 2 gün əvvəl Mirzə Sakit adıçəkilən qəzetə müsahibəsində bir neçə şəxsə, eləcə də Fikrət Hüseynliyə qarşı müəyyən ittihamlar yönəldib. Qarşı tərəfin cavabı isə sərt olub.

Fikrət Hüseynli deyib ki, Mirzə Sakitin onunla bağlı ittihamları tamamilə yalandır: "Sakit Zahidovun guya AXCP sədri Əli Kərimli, hörmətli Cəmil Həsənliylə bağlı mənim hansısa ifadələr dediyimi utanmazcasına iddia etməsi ağ yalandır. Çünki hər kəs mənim müxalifətlə əlaqələrimi, münasibətlərimi bilir. Eyni zamanda mənim leksikonumda Sakit Zahidovun dediyi sözlər yoxdur. Həmçinin biz bir neçə dəfə aksiyada görüşmüşük. Amma bütün görüşlərdə siyasi mühacirlər, Demokratik Azərbaycan Hərəkatının üzvləri olub. Sakitlə mənim ikili görüşüm olmayıb. O üzdən də belə çirkincəsinə yalan danışması həm də digər siyasi mühacirlərə atılmış şər və iftiradır. Ona ölkəsindən didərgin düşmüş bir şəxs kimi hər zaman qapımı açmışam. Ən çətin günlərində diqqət göstərib düşünmüşəm ki, Sakit Zahidov nəhayət ki, yaşına, ağarmış başına, nəvə-nəticəsinə baxıb düzələcək. Maləsəf, görünür ki, səhv etmişəm və qozbeli qəbir düzəldər ifadəsi doğru imiş”.

Jurnalist sonda satirik şairə ismarıc da yollayıb: “Məni məcbur etməsin ki, onun daha çirkli əməllərini açıqlayım”.

Mirzə Sakitin mühacir jurnalist Fikrət Hüseynlinin onun barəsində verdiyi açıqlamaları cavablandırıb. F.Hüseynli onun Türkiyədəki oteldə bir xanımla yataq səhnələrinin xüsusi xidmət orqanları tərəfindən lentə alındığını və hazırda onun həmin orqanlar tərəfindən bu videoyla şantaj edildiyiNə dair fikirlərinə cavab olaraq deyib: “Əcəba, Fikrət bəydə belə məlumat hardandı, olmaya xüsusi xidmət orqanları bu əməliyyat haqda Fikrət bəylə bölüşüblər və nəyə görə məhz Fikrət bəylə ?... Deyim ki, adamlar tutarlı bir arqument tapmayanda insanların şəxsi həyatlarına burunlarını soxmağa cəhd edirlər... Hər zaman özümüz deyirik ki, bu hakimiyyət insanların şəxsi həyatlarına müdaxilə edir. Amma görürsünüzmü, bu sözü deyənlərin özləri hakimiyyətin hərəkətlərini təkrar edirlər. Türkiyədə kiminlə oldum, kiminlə hara getdim, bunun məsələyə nə dəxli var axı... Lap tutaq ki, hansısa bir xanımla görüşmüşəm, bəyəm bunu ictimailəşdirməklə başqasına "şam tutanlıq" yaraşarmı?

Tez-tez bu adamın dilindən "Mirzə Sakit həbsdə yatmağını özünə qəhrəmanlıq hesab edib beynimizi xarab edir", - sözü səslənir.

Birincisi mən həbsdə yatmamışam, həbsdə olmuşam və həbsdə olduğum vaxtlarda da çöldəki insanları ruhlandırmaq üçün ordan gizli olaraq yazılar göndərirdim və o yazılar da qəzetdə dərc olunurdu... Bunun da məsuliyyətinin mənə nəyə başa gələ biləcəyini anlayırdım. Qaldı ki, həbsdə olmağıma görə hünərlənməyimi deməyinə... bu, çox düşük bir söhbətdir. Çünki hal-hazırda həbsxanalarda 50 nəfərdən çox siyasi məhbuslar var, bundan başqa oğullar olub ki, yeddi il, səkkiz il, on il həbsdə olublar.. Belə şeyləri söyləmək sadəcə ayıbdı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar