Rövnəq Abdullayevdən millimizə dəstək (FOTO)

Prezident Azərbaycan milli komandasının üzvləri ilə görüşüb

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə keçirəcəyi oyun ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu AFFA prezidenti Rövnəq Abdullayevin də izləyəcəyi gözlənilir. Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi 4 oyunda xal qazana bilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar