OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR - Şok cinayətlərdə bilinən ADLAR
Yüz milyonlarla manat dövlət vəsaiti yuxarı səviyyələrdə himayə olunan mütəşəkkil dəstələr tərəfindən talan edilib
Turan İA-nın öncəki araşdırmaları ilə müəyyən olunub ki,( http://www.contact.az/docs/2014/ Economics& Finance/042100076189az.htm#.VRGdhOCsWTY), Azərbaycanda bu tipli şirkətlər böyük neft pulları dövlət büdcəsinə axmağa başladıqdan sonra “yağışdan sonra göbələk kimi” yaranmağa başlayıb. Həmin şirkətlər əsasən xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatı üçün istifadə olunur. Sifarişçi qismində isə demək olar ki, bütün dövlət qurumları, təhsil şöbələrindən tutmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunadək əksər büdcə təşkilatları çıxış edir. Təəccüblüdür ki, eyni bir şirkət həm təsərrüfat mallarının və avadanlığın təchizatçısı, həm də avtomobil yolunun təmirçisi kimi xidmətlər göstərir. Və heç kəs təminat verə bilməz ki, bu satınalma müqavilələri büdcə vəsaitlərinin ciblərə axıdılması üçün gözdən pərdə asmaq funksiyası daşımır.
Bu ilin fevralında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmaqla 2011-2013-cü illər ərzində 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaya dair məlumat yaymışdı (http://taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=995&lang=). Həmin məlumatda İlkin Cahangir oğlu Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilir. Nazirliyin cinayətin izinə neçə düşdüyü açqılanmır, amma deyilir ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6,6 milyon manat təşkil edən mülki iddia ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə də bir kəlmə deyilmir.
Məsələn, Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 64, mənzil 5/6 ünvanında indiyədək müxtəlif şəxslərin (Teymur Əliyev, Elxan Ağayev, Rəşadət Məmmədov, Ağarəhim Məmmədov) direktor olduqları bir neçə yüz şirkət qeydə alınıb və hələ də qedə alınmaqdadır.
Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaijan” MMC-yə rəhbərlik edən, inidi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox - 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir. Bu qədər tenderdə iştirak etmək və qalib gəlmək, satınalma müqavilələrini icra etmək, dövlət orqanları qarşısında mütəmadi hesabatlar vermək üçün nə qədər böyük inzibati potensiala sahib olmaq lazım gəldiyini demək qrtıq olardı. Biz hələ ilkin maliyyə imkanları və texniki və kadr potensialını demirik.
İşgüzar aləmdə tanınmayan Miskin İbrahim oğlu Hümbətov ləğv edilən daha 108 şirkətin
Təkcə bir şirkətin (“Olimp –SV” MMC) təsisçisinin Vüqar Qəzənfər oğlu Qəhrəmanov olduğu rəsmi sənədlər təsdiq olunur. Biznes bilikləri haqda məlumatımız olmasa da, rəhbərlik etdiyi şirkətlərin təxminən 2 milyon manatlıq 91 tenderdə qalib gəlməsi çox məqamlardan xəbər verir.
Qeyd edək ki, tenderlərin yekunları barədə açıqlanan məlumatların təhlili göstərir ki, bir qayda olaraq dövlət satınalmalarında adı heç nə ifadə etməyən şirkətlər qalib elan edilir. Bu şirkətlərin bir çoxu növbəti illərdə iz buraxmadan itir, onların yerini isə yeniləri tutur.
Azərbaycanda tenderlərin formal xarakter daşıdığı barədə yerli KİV-lər illərdir yazırlar. O da iddia edilir ki, tender məbləğinin əhəmiyyətli hissəsi korrupsiyanın yeminə çevrilir. “Saxta şirkətlər” məhz bu münbit mühitdə əl-qol açırlar.
Oliqarxların nəzarətində olduğu şübhə doğurmayan və buna görə büdcədən 100 milyonları talayan şirkətlərin bir hissəsinin adlarıı "Turan"a istinadən təqdim etdiyimiz aşağıdkı cədvəllərdə verilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.