Erməni hücumunu dəf edən hərbçilər danışdı (VİDEO)

Fərqlənən hərbçilərimiz təltif olunublar

Martın 19-da təmas xəttində erməni diversiya -təxribat qrupunun qarşısını alaraq xeyli sayda itki ilə geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri ilk dəfə olaraq bu əməliyyat barədə ANS-ə danışıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, həmin döyüş toqquşması zamanı düşmənin 20-dək hərbçisi məhv edilib və yaralanıb. Fərqlənən hərbçilərimiz təltif olunublar.

Hərbçilər əməliyyatın necə aparılması, hansı silahlardan istifadə edilməsi, hətta düşmənin döyüş meydanında qoyub qaçdığı silah-sursatdan danışıblar.

Əsgər Zaur Mustafayev deyir ki, düşmən bir kalonda müəyyən ərazidən keçərək cəmləşdi. Ondan sonra 5-10 dəqiqə fasilə ilə qruplara bölündülər. Əsgər bildirdi ki, bunun kəşfiyyat diversiya qrupu olmasından tam əmin olandan hücumun qarşısının vaxtında almaq üçün rabitə vasitəsilə postlara xəbər verilib.

Digər əsgər isə onlara xəbər verilən kimi hücumun qarşısının alındığını deyir.

Bu barədə ətraflı məlumatı bu gün saat 15:30 efirə gedəcək MARŞ verilişində əldə edə bilərsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar