Azərbaycanlı qaydasız döyüşçü rinqdə belə öldü (VİDEO)

27 yaşlı Ramin Zeynalov rəqibinin yumruq zərbələrindən sonra keçinib

Bakıda döyüş zamanı ölən idmançının videosu yayılıb. Qeyd edək ki, ötən gün ANS PRESS Qubanı təmsil edən 27 yaşlı Ramin Zeynalovun Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı dünyasını dəyişdiyi xəbərini vermişdi.

Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, idmançı elə döyüşdəcə ölüb. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi ötən güc saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar