"İran husiləri silahlandırır" - Yəmən prezidenti

Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadi rəsmi Tehranı ölkəsinin əksər hissəsinə nəzarət edən husiləri silahlandırmaqda ittiham edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, prezident bunu Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində deyib.

Ölkə başçısı həmçinin qeyd edib ki, İran Yəmən xalqına qarşı "gizli danışıq aparır".

"Husilərin İrandan aldığı silahı yerə qoyana qədər, o cümlədən İranla Yəmən xalqına qarşı apardığı gizli danışıqlardan imtina edənədək hərbi əməliyyatları (Fars körfəzi ölkələri koalisiyasının apardığı əməliyyatlar - red.) davam etdirməyi təklif edirəm", - deyə prezident qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar