Ərəb Liqası işə Yəməndəki hadisələrlə başladı

Martın 28-də Misirin Şarm-əl-Şeyx kurort şəhərində Ərəb Dövlətləri Liqası ölkələrinin sammiti işə başlayıb.

Sammitin açılışında Misir prezidenti Abdel Fattah al-Sisi regional təhlükəsizliyi qorumaq üçün ərəb hərbi güclərinin yaradılmasına çağırıb.

Ərəb ölkələri liderləri Yəməndəki böhranı müzakirə etmək və xaosdan mümkün çıxış yolu imkanlarını araşdırmaq üçün bir araya gəliblər.

Yəməndəki zorakılıqlar keçən il – İranın dəstək verdiyi husilərin paytaxt Sananı ələ keçirməsindən və prezident Abd-Rabbu Mansour Hadi-ni hakimiyyətdən kənarlaşdırmasından sonra başlayıb.

Bu həftənin əvvəlində Səudiyyə Ərəbistanı ərəb ölkələri koalisiyasının önündə gedərək husilərin mövqelərinə, xüsusilə paytaxt Sana ətrafına hava zərbələri endirib. Yəmən prezidenti Hadi martin 25-də ölkədən qaçıb. O, martın 28-də keçirilən sammitdə iştirak edir. Sammitə həm də BMT baş katibi Ban Ki-moon-un qatılacağı gözlənilir.

Sammit Səudiyyə Ərəbistanı xarici diplomatları öz gəmiləri ilə Yəmənin Aden limanından çıxardığını elan etdikdən bir gün sonra başlayıb.

Səudiyyə Ərəbistanı həm də onun F-15 hərbi təyyarələrindən birinin Yəmənin cənub sahillərində batdığını elan edib. Bununla yanaşı, Səudiyyə rəsmiləri pilotun həmin ərazidə katapult edərək ABŞ hərbi gəmiləri tərəfindən götürüldüyünü bildirib. /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar