Rusiyanın müdafiə nazirindən mətbuatla bağlı ilginc etiraf

“Kütləvi İnformasiya Vasitələri silaha çevrilib, hansını ki, həm yaxşı, həm də pis məqsədlə istifadə eləmək olar”. Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu sözləri ölkənin müdafiə naziri Sergey Şoyqu deyib.

“Söz, kamera, fotoqrafiya, internet və ümumiyyətlə informasiyanın daha bir silah növü, silahlı qüvvələrin daha bir növü olduğunu etiraf etdiyimiz gün çatdı. Bu silah yaxşı niyyət üçün də istifadə oluna bilər, bəd niyyətlə də” - deyib nazir və əlavə edib ki, “həmin silah müxtəlif illərdə Rusiyanın həm məğlubiyyətlərində, həm də qələbələrində iştirak edib”.

Şoyqunun sözlərinə görə, KİV çox ağrılı şəkildə yaralaya bilər. “Söhbət ondan gedir ki, bu gün KİV istəyəndə və pis əllərdə olanda eyni zamanda həm istintaq, həm prokuror, həm hakim, həm də cəllad ola bilər. Mən istəməzdim ki, biz bu silahdan ən neqativ anlamda yararlananlara çevrilək” - qeyd edib nazir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar