Gümri qətli ilə bağlı məhkəmə Ermənistanda keçəcək

Gümridə 7 adamdan ibarət erməni ailəsini qətlə yetirməkdə ittiham olunan Rusiya əsgərinin məhkəməsi Ermənistan ərazisində keçiriləcək. Bu barədə Yerevanda olan MDB İşləri üzrə Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini bildirib.

Oleq Lebedev prosesin Rusiya qanunvericiliyinə əsaslanacağını deyib.

"Ekspertizalar demək olar ki, başa çatıb, ama şahidlərin sorğusu davam edir – bu günə artıq 4 min adam sorğu-sual edilib”, - rusiyalı millət vəkili qeyd edib.

İstintaqın ilkin məlumatına görə Gümridəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib.

Bundan sonra o şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib və daha sonra xəstəxanada ölən 6 aylıq uşağı yaralayıb.

Hadisədən sonra Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd etdiyi deyilən əsgərin sərhəddəki Rusiya hərbçiləri tərəfindən saxlanılıb hərbi bazaya qaytarıldığı bildirilib.

Hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçib.

Yerevan və Gümridə nümayişlərə qatılan fəallar Gümri bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar