Putin Sarkisyanla Qarabağı müzakirə edəcək

Rusiya və Ermənistan prezidentlərinin görüşündə Qarabağ məsələsi də müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski bildirib.

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası ilə birgə İrəvanda keçirilən toplantıda çıxış edən L.Slutski bildirib ki, Dağlıq Qarabağ münaqişəsi çox incə və həssas məsələdir: “Danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində davam edir. Bundan başqa, prezidentlər səviyyəsində üçtərəfli formatda keçirilən danışıqlar da var”.

L.Slutski Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2014-cü ilin avqustunda Soçidə keçirilən görüşündə münaqişənin nizamlama məsələlərinin dərindən müzakirə olunduğunu vurğulayıb: “Əminəm ki, aprelin 24-də Vladimir Putinin Serj Sarkisyanla İrəvanda keçirdiyi görüşdə də belə olacaq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar