Səhiyyə Nazirliyində kadr dəyişikliyi

Sehiyye_NazirliyiAzərbaycanda səhiyyə sistemində bəzi kadr dəyişiklikləri baş verib, Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasına yeni rəhbər təyin edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika Təcili Yardım Stansiyasının direktoru Məmməd Cəfərov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev və Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov vəzifələrindən azad edilib.

M.Cəfərov Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini, R.Nağıyev isə Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi, M.Həmidov isə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar