Millimizin qalib gəldiyi oyundan maraqlı FOTOLAR

Yığmamızın baş məşqçi vəzifəsində ilk rəsmi oyununa çıxan Prosineçki qələbəyə sevinib

"Avro-2016"nın seçmə mərhələsində evdə Maltanı qəbul edən milli komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı qol vurmaqla hesabı 2:0-a çatdırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Azərbaycan – Malta - 2:0

Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

Qol.az-a istinadən oyundan maraqlı görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar