Ərdoğanın ofisinə dinləmə cihazı qoyan iki polis həbs edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə onun ofisinə dinləmə cihazı qoymaqda şübhəli bilinən iki fərari polis Rumıniyadan Türkiyəyə gətirilib. Müsavat.com-un məlumatına görə, Ərdoğanın ofisinə dinləmə cihazı qoyduqları iddiası ilə məhkəmə qarşısına çıxarılan sabiq polis rəisi Sədat Zavar və polis məmuru İlker Usta daha sonra Türkiyədən qaçmışdılar.

S.Zavar və İ.Usta dünən axşam saatlarında Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbula gətiriliblər. Keçmiş polislər Atatürk Hava Limanında Terrorla Mübarizə şöbəsinin yetkililərinə təslim ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar