Kürdəmirdə aksiya: Bakıya şikayət göndərmiş şəxsin həbsi narazılıq yaradıb

Kürdəmir rayonunda yerli sakinlər piket keçiriblər. Yerli mənbələrdən musavat.com-a daxil olan məlumata görə, piketin keçirilməsinə səbəb yerli sakinlərdən birinin həbs edilməsidir.

Belə ki, həmin şəxsin Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi bildirilir. Həmin şikayətdən xəbər tutan rayon rəhbərliyi onu həbs ediblər.

Rayon rəhbərliyinin ba addımı Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb. Nəticədə təxminən 60-70 nəfərlik bir narazı qrup Kürdəmir rayon məhkəməsinin qarşısında piket keçirib. Və Kürdəmirdəki vəziyyətdən Bakıdakı mərkəzi dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, tələblərinə hələlik müsbət cavab ala bilməyən piketçilər bir azdan Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısına toplaşmaq qərarına gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar