Nüvə danışıqları yekun mərhələyə daxil olur

iranmissileİsveçrədə İranla danışıqlar aparan 6 ölkənin xarici işlər nazirləri martın sonunda bitəcək son müddətədək nüvə proqramının məhdudlaşdırılması ilə bağlı sazişə nail olmaq istəyirlər.

Lozanna şəhərində keçən danışıqların növbəti raundundan əvvəl bəzi nikbin bəyanatlar səslənib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çözülməmiş məsələlərinin həllini tapacağına ümid etdiyini bildirib.

Şənbə günü Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier 12 il ərzində davam edən danışıqların "yekun mərhələyə" daxil olduğunu deyib.

Vaşinqtona qayıdacaq ABŞ dövlət katibi John Kerry İran nüvə danışıqlarına görə İsveçrədə qalma müddətini uzadıb.

Lozannadakı danışıqlara qatılmaq qərarına gələn cənab Kerry mərhum senator Edward Kennedy-nin xatirəsinə həsr olunmuş tədbirdə iştirak niyyətindən vaz keçməli olub, Dövlət Departamenti bildirib.

ABŞ və onun müttəfiqləri əmin olmaq istəyirlər ki, Tehran nüvə silahına sahib olmayacaq.

ABŞ, Britaniya, Rusiya, Çin, Fransa və Almaniya nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edirlər.

Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar