"Tahir Kərimovun Əlirza adlı qardaşı yoxdur"- Salyan RİH-dən təkzib

[caption id="attachment_105345" align="alignleft" width="300"] Tahir Kərimov[/caption]

Dünən saytımızda yayımlanmış «OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR – Şok cinayətlərdə bilinən ADLAR» başlıqlı yazıyla bağlı Salyan rayon İcra Hakimiyyətindən "AzPolitika.info"-nun elektron poçtuna etiraz məktubu göndərilib. Məktubda bildirilir:

"AzPolitika – gündəlik Siyasi-ictimai onlayn qəzetinin rəhbərliyinə.

AzPolitika – gündəlik Siyasi-ictimai onlayn qəzetinin 28 mart 2015-ci il tarixində gedən «OLİQARXLARIN 100 MİLYONLARI TALAYAN ŞİRKƏTLƏRİ LƏĞV OLUNUR – Şok cinayətlərdə bilinən ADLAR» məqaləsində heç bir əsası olmadan və fakta söykənməyən, yalnız familiyanın eyniliyi əsas götürülərək Salyan rayon İcra hakimiyyəti başçısının adı hallanmış və şəkli verilmişdir.

Salyan rayon İcra hakimiyyəti olaraq bu məlumatı qətiyyətlə pisləyir və bildiririk ki, İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimovun Əlirza adlı qardaşı yoxdur.

Bununla əlaqədar təkzib verilməsini xahiş edirik.

Salyan rayon İcra Hakimiyyəti".

Qeyd edək ki, saytımızda yayımlanmış sözügedən yazı "Turan" İnformasiya Agentliyinin araşdırmasıdır və "contact.az" saytından götürülüb. Bu, yazının həm girişində, həm də sonunda qeyd edilib. Əlirza Kərimovun Salyan rayonunun icra başçısı Tahir Kərimovun qardaşı olması da "Turan" İA-nın "“Büdcə siçovulları” aradan çıxırlar" başlığı ilə yayımladığı həmin araşdırmada vurğulanıb. Sitat: "Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaijan” MMC-yə rəhbərlik edən, indi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb."

Bu baxımdan yazıdakı iddialara görə məsuliyyəti "Turan" İA daşıyır və təkzib tələbi də agentliyə ünvanlamalıdır. Bununla belə qarşı tərəfin cavab hüququna daim hörmətlə yanaşan "AzPolitika.info" saytı Salyan rayon İcra Hakimiyyətinin etiraz məktubunu da dərc etdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar