Təyyarədə ölən 150 nəfərin dəhşət dolu imdad qışqırığı

Yarım saat davam edən səs yazısında təyyarədəkilərin səsləri açıq-aşkar eşidilir

Qəzaya uğrayan A320 sərnişin təyyarəsinin qara qutusunun stenoqramı yayılıb. Anspress-in məlumatına görə, stenoqramı alman qəzeti dərc edib.

Həmin yazıdakı ikinci pilotun birinci ilə danışığı, sərnişinlərin səsləri eşidilir. Qəzetin yazdıqlarına görə, təxminən saat 10:27-də birinci pilot ikinciyə - Andreas Lubitsə Düsseldorfda enişə hazırlaşmağı deyir. O isə cavabında "ümid etmək lazımdır" və "baxarıq" deyir.

Sonra onun kreslonu hərəkət edirməsi və qapının bağlanma səsi gəlir. 10:30-da təyyarə düşməyə başlayır. 10:32-də dispetçer təyyarə ilə əlaqə yaradır, amma cavab ala bilmir. Sonra yenə birinci pilotun "Allah eşqinə, qapını açın" deməyi eşidilir. Arxa planda isə sərnişinlərin qışqırıqları eşidilir. 10:35-də qapını necə çırpmaları, birinci pilotun "lənətə gəlmiş qapını aç" sözləri, Lubitsin nəfəs səsləri eşidilir. Qara qutunun yazısı təxminən yarım saat davam edir. Mütəxəssislərin fikrincə, təyyarə dağa təxminən saat 10-40-da çırpılıb.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 144 nəfər sərnişin və altı heyət üzvü həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub. Qəzanın baş vermə səbəblərindən danışanda bəziləri təyyarənin qəzaya uğradığını, bəziləri isə pilotun psixoloji problemləri olduğunu, təyyarəni qəsdən dağa çırpdığını deyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar