Azərbaycan xaricdən nə qədər at-eşşək alıb?- STATİSTİKA

2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən diri halda alınıb gətirilən heyvanlara dair statistika açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il xaricdən ölkəmizə idxal olunan diri atlar, ulaqlar, qatırlar 29 baş təşkil edib ki, buna da 132,4 min ABŞ dolları xərclənib. 2014-cü ildə Azərbaycana xaricdən 6031 baş cins diri iribuynuzlu ev heyvanları (düyələr, inəklər, digərləri) gətirilib. Həmin heyvanlar 13175,3 min dollar dəyərində olub.

Ötən il Azərbaycana alınıb gətirilən diri qoyunlar və keçilər 91654 baş təşkil edib ki, bunun üçün də

10024,8 min dollar sərf olunub.

2014-cü ildə xaricdən 42 baş dəvə (48,2 min dollar dəyərində) alınıb.

Maraqlıdır ki, 2014-cü ildə xaricdən alınıb gətirlən diri heyvanlar arasında 2 baş meymun da olub, onlara da 1,1 min dollar xərcləyiblər.

İdxal olunan diri ev quşları (ev toyuqları, qazlar, hindtoyuqları, firəngtoyuqları) 6302227 ədəd (4664 min dollar xərclənib) təşkil edib

2014-cü ildə ölkəmizə xaricdən 1500 ədəd göyərçin (1 min dollar) gətirilib.

Ötən il Azərbaycana xaricdən 5365 ədəd arı (190,6 min dollar) gətirilib.

Bundan başqa geridə qalan ildə xaricdən gətirilən diri balıq 11,9 ton təşkil edib ki, bunun üçün də 32,6 min dollar vəsait sərf olunub (Modern.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar