İnsan alverinin qurbanları: 41 qadın, 15 kişi

Azərbaycanda insan alverinin qurbanlarının daha çox hansı ölkələrə aparıldığı məlum olub. ANS PRESS-in məlumatına görə, Azərbaycanın insan alverinə qarşı mübarizəsi ilə bağlı 2014-cü il üzrə hesabatında bildirilir ki, insan alveri ilə bağlı cinayət təqibi və qurbanlarla iş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qaldığını müəyyən edib.

Həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə ötən il 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.

Qurbanlardan 37-i sığınacağa yerləşdirilmiş və hər birinə zəruri yardımlar edilmişdir. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinətlər verilib, 13-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib.

Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıtmış, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb.

Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq "Azərbaycan Uşaqlar Birliyi" İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib.

İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib.

İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar