70 alman qadın İŞİD-ə qoşulub

Almaniyalı dövlət rəsmisi Hans-Georg Maafsenin verdiyi məlumatlara görə, Almaniyadan İŞİD-ə qatılan qadınların yüzdə 40-nın yaşı 25-in altındadır, doqquzu isə uşaq yaşlarındadır. Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İŞİD-in son dövrlərdə qadın və qızları hədəf almağa başladığına diqqəti çəkən Hans-Georg Maafsen bildirib ki, terrorçular qadınlarla internet üzərindən ünsiyyət qururlar və İŞİD-ə simpatiya bəsləyən qızları evlilik vədi ilə bölgəyə aparırlar.

"Die Zeit"də yer alan xəbərdə bildirilir ki, internet vasitəsilə qadınlara ünvanlanan romantik sözlər qurbanların İŞİD sıralarına qatılmasıya sona çatır. Bğlgəyə gedən, terrorçuların əlinə düşən qadınların və qızların pasportlarına əl qoyulur və onla seks köləsinə çevrilirlər.

Rəsmi rəqəmlərə görə, Almaniyadan İŞİD sıralarına 650 civarında adam qatılıb və onların təxminən 200-ü təkrarən ölkəyə dönə bilib.

Qeyd edək ki, digər Avropa, eləcə də Asiya ölkələrindən aldadılaraq İŞİD sıralarına qatılan qadınlar var. Onların çoxu hərbi əməliyyatlarda iştirak etməsələr də döyüşçülərin cinsi ehtiyaclarını ödəmək üçün istifadə olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar