İsrail Fələstinin maliyyə blokadasını aradan qaldırır

İsrail hökuməti gözlənilmədən Fələstinin maliyyə blokadasını aradan qaldırmağa qərar verib; Fələstin Muxtariyyətinin adından vergi olaraq toplanılan vəsaitlərin hesaba köçürülməyi bərpa edilib. SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, ötən gün İsrailin baş nazir dəftərxanası Binyamin Netanyahunun Fələstin administrasiyasının hesabına 126 milyon dollar həcmində aylıq gəlirin köçürülməyinin bərpasını təsdiqlədiyini bildirib: "Fevralın sonuna toplanan vergi hesabları Fələstin əhalisinə göstərilən xidmətlər, o cümlədən elektrik enerjisi, su və xəstəxana ödənişi edildikdən sonra köçürüləcək.”

Hökumət başçısı Netanyahu "Yaxın Şərqdə vəziyyətin pisləşməyi və ekstremizmin artmağının ondan məsuliyyətli fəaliyyət tələb etdiyini" söyləyib.

Yanvarda toplanılan vergilərin köçürülmə prosesi Muxtariyyətin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağına etiraz əlaməti olaraq, dondurulub. Üzvlük aprelin 1-də qüvvəyə minəcək, bundan sonra fələstinlilər hərbi cinayətlərə görə İsraili məhkəməyə verə biləcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar