Polşa Azərbaycana investisiya qoymaq istəyir

Polşa hökuməti Azərbaycana investisiya qoyulması imkanlarına baxır. Ərzaq məhsullarının istehsalı, aqrar sektor perspektiv sahələr hesab olunur. Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Bu məsələləri Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski mayda Bakıya səfəri zamanı müzakirə etmək niyyətindədir. O, illik kənd təsərrüfatı məhsulları sərgisinin açılışında da iştirak edəcək.

Qeyd edək ki, illik Beynəlxalq kənd təsərrüfatı məhsulları sərgisi mayın 21-25-də Bakıda keçiriləcək.

Bakıya səfər edəcək Polşa nümayəndə heyətinin tərkibində iri şirkətlərin nümayəndələri də olacaq.

Səfirlikdən deyiblər ki, Polşa tərəfi Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlı layihələri də əməkdaşlıq üçün perspektiv sahə hesab edir. O cümlədən, Polşanın TINES şirkəti Bakı Metropoliteninin yeni xəttinin tikintisində iştirak etməyi planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar