Türkiyədə dəhşətli qəza: xeyli sayda ölü var -VİDEO, FOTOLAR

Türkiyədə çoxlu sayda insanların ölümünə səbəb olan zəncirvari qəza baş verib.ANS PRESS-in məlumatına görə, hadisə Şanlıurfa-Akçakala magistral yolunda 3 maşının toqquşması nəticəsində baş verib.

Belə ki, minik avtomobili, beton qarışdıran maşın və sərnişin avtobusu toqquşub. Nəticədə 12 nəfərin öldüyü bildirilir. Ölənlər içərisində uşaqlar da var.

Qəza haqıqnda xəbər verilən kimi hadisə yerinə çoxlu təcili tibbi yardım maşınları və yanğınsöndürən maşınlar cəlb olunub. Yaralananlar Şanlıurfanın müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Sürücülərin kimliyi hələ də müəyyənləşdirilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar