İŞİD səhiyyəyə qarışdı: Bu həkimlər cəzalandırılacaq

İŞİD terror qruplaşması qeysəriyyə əməliyyatına qarşı çıxıb.ANS PRESS-in məlumatına görə, qruplaşma bu əməliyyatı qərbin təcrübəsi və "İslama zidd" hesab edir. Buna görə də bu üsula əl atan tibb işçilərini cəzalandırılacağını bildirir.İŞİD terror qruplaşmasının tabeliyində olan ərazilərdə həkimlər bu əməliyyatlar müqabilində 15 min Suriya funtu (təxminən 80 dollar) alırlar.

Qeyd edək ki, İŞİD terror qruplaşması tibbi xidmət göstərmək üçün xarici tibb işçilərini öz sıralarına cəlb edir. Bu məqsədlə bir müddət əvvəl Britaniyada tibb sahəsində təhsil alan 9 nəfər tələbə Suriyaya yollanmışdı.

Onlar bu əməllərini İŞİD-in tabeliyində olan xəstəxanalarda işləmək istəyi ilə izah etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar