Daha bir təyyarə qəzası

ABŞ-ın Pensilvaniya ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Brendiueyn aeroportundan havaya qalxan təyyarə idarəetməni itirərək uçuş-enmə zolağından 3 km aralıda yerə düşüb. Nəticədə, təyyarədə olan pilot və sərnişin ölüb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) faktla bağlı araşdırmalar aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar