ELMAN RÜSTƏMOV YERİNDƏ QALIR - Ehtimallar doğrulmadı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək. Milli Məclisdən (MM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

elman_Rustamov_elmanQeyd edək ki, Elman Rüstəmovun Mərkəzi Bankının İdarə Heyəti üzvlüyünə namizədliyini verməsi onun istefaya göndəriləcəyi ilə bağlı söz-söhbətə də son qoyur. Belə ki, manatın devalvasiyası ilə bağlı ciddi tənqid olunan Elman Rüstəmovun səlahiyyət müddəti bitdikdən sonra yenidən vəzifəsinə təyin olunmayacağına dair fikirlər vardı.

Xatırladaq ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib. Yəni, aprelin 6-da onun səlahiyyət müddəti bitir.

Elman Rüstəmovun əvəzlənəcəyi ehtimalını həm də Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən gözlənilmədən istefa verməsi də aktuallaşdırmışdı. Bəziləri bunu C.Hacıyevin artıq səlahiyyət müddəti bitən Mərkəzi Bankın sədri Elman Rüstəmovun yerinə gətirilə biləcəyi ilə bağlayırdı.

cah-haccciBaxmayaraq ki, C.Hacıyevin “səhhəti” ilə bağlı istefaya getməsi bu ehtimalı demək olar ki, sıradan çıxarırdı...

Ancaq C.Hacıyevin ölkə rəhbərliyinə yaxıın olmasını, uzun illər ölkənin ikinci bankına rəhbərlik etməsini, eləcə də əlində külli miqdarda kapitalın cəmləşməsini əsas gətirənlər onun qısa müddətdə "sağalaraq" Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyinat almasını mümkün sayırdılar.

Ancaq aprelin 3-də keçirilməsi nəzərdə tutulan MM-in plenar iclasında Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyinin irəli sürülməsi həm bu ehtimala, həm də Elman Rüstəmovun dəyişdiriləcəyinə dair söz-söhbətə son qoydu. Namizədlər arasında C.Hacıyev olmadığından, onun Mərkəzi Bankın rəhbərliyinə gətirilməsi ehtimalı da sıradan çxır.

Elman Rüstəmovun yenidən namizədliyini verməsi isə onun postunda qalcağından xəbər verir. Xeyirli olsun, deyək!

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar