SOCAR-ın BORCLARI BÖYÜYÜR - 750 milyon dollar da aldı

SOKARSamir Əliyev: «Bu gün Dövlət Neft Şirkətinin borcu az qala, dövlətin borcundan çoxdur»

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq, 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib. Şirkətin avrobondlarla bağlı məlumatında qeyd olunub ki, Azərbaycanın iqtisadi inkişafı, ölkənin sabit iqtisadi inkişaf göstəriciləri, SOCAR-ın 100 faiz dövlət mülkiyyətində olması, mövcud vəziyyəti, eləcə də avrobondların buraxılışı ilə əlaqədar görülən işlər dünyanın müxtəlif regionlarından olan investorlar arasında böyük marağa səbəb olub. İnvestorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6.95 faiz təşkil edib.

Şirkətin yeni buraxdığı avrobondların coğrafi bölgüsü Birləşmiş Krallıq (39 faiz), Avropa (18 faiz), ABŞ (41 faiz) və digər regionlar (2 faiz) nisbətində həyata keçirilib. Avrobondların 93 faizi fond idarəçiləri, 5 faizi banklar, 2 faizi təqaüd fondları tərəfindən alınıb.

SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında avrobondlar emissiya etdikdən sonra, 2013-cü ilin martında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75 faiz və müddəti 10 il olan ikinci avrobond emissiyasını həyata keçirib.

samir_eliyev_3Maraqlıdır, görəsən, 750 milyon dollarlıq avrobondların buraxılması hansı zərurətdən irəli gəlib?

İqtisadçı-ekspert Samir Əliyev azadlıq.info-ya deyib ki, avrobondun buraxılmasında məqsəd xarici bazarlardan maliyyə cəlb etməkdir. Ekspert avrobondların illik gəlirinin getdikcə artdığının müşahidə olunduğunu deyir. Yəni sonuncu dəfə bu, demək olar ki, 7 faizə çatıb: “Deməli, Dövlət Neft Şirkətinin cəlb etdiyi maliyyə getdikcə bahalaşır. Beynəlxalq bazarlarda bu gün normal faiz dərəcəsi 2-3 civarında dəyişir. Lakin 15 il ərzində 7-yə yaxın faiz vermək gələcəkdə böyük problemlər yarada bilər. Vəsaitin bir hissəsi köhnə borcların ödənməsinə, bir hissəsi də investisiya layihələrinin həyata keçirilməsinə sərf olunacaq. Hər bir halda, Dövlət Neft Şirkətinin borcları öz üzərinə yığması və dövlət şirkəti olaraq belə bir addım atması böyük narahatlıq doğurur. Neft Şirkəti Mərkəzi Bankdan 1 milyard manat almağı planlaşdırır. Şirkətin borcları bu gün az qala, dövlətin borcundan da çoxdur. Bu baxımdan, gələcəkdə böyük problemlər yarana bilər və şirkət artıq ”yüz ölçüb, bir biçərək" qərar verməlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar