18 yaşlı qızın meyiti meşədə basdırılıbmış - Azərbaycanda

Bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti rayonun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.

R. Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar