Çindən deflyasiya xəbərdarlığı

Çin Mərkəzi Bankının prezidenti deflyasiya xəbərdarlığı edib.

Çin Mərkəzi Bankının prezidenti Zhou Xiaochuan, deflyasiyanın qarşısını almaq üçün "tətikdə olmalarının lazım olduğunu" söyləyib.

Qlobal iqtisadi artımı və düşən əmtəə qiymətlərini yaxından izlədiklərini deyən Zhou, Çində də inflyasiyanın bir qədər sürətli düşdüyünə diqqət çəkib.

Çin Mərkəzi Bankının Prezidenti digər mərkəzi bankların monetar genişlənmə tədbirləri görməyə davam etmələrinin ABŞ Dollarını çox güclü edə və bunun ABŞ bazarlarına sərmayə axınına səbəb ola biləcəyi xəbərdarlığını edib.

Zhou, Fed faiz artırmağa başlayanda Çin kimi inkişaf etməkdə olan bazarlardan sərmayə çıxışı olacağı barədə narahatlığının olduğunu deyib. Digər tərəfdən, Zhou, inflyasiyanın düşməyə davam etməsi və Çin iqtisadiyyatında inkişafın pisləşməsi halında Çin Mərkəzi Bankının pul siyasətini yumuşaltmaq üçün imkanı olduğunu da ifadə edib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar