RUSİYA SUPERQIRICILARIN İSTEHSALINDAN İMTİNA EDİR - "Bu, iqtisadi səbəblərlə bağlıdır"

Rusiya hərbçiləri öncədən sifariş verdikləri 52 ədəd “T-50 PAK-FA” qırıcı təyyarələrinin sayını 12-dək azaldıblar. "The National İnterest"-in xəbərinə görə, müdafiə nazirinin müavini Yuriy Borisov bildirib ki, bu iqtisadi səbəblərlə bağlıdır. Bununla yanaşı Borisov qeyd edib ki, Müdafiə Nazirliyi alınması nəzərdə tutulan 5-ci nəsil təyyarələrin miqdarının dəyişdirilməsi hüququnu özündə saxlayır və ona görə də, ilkin plana yenidən baxış keçirilə bilər.

Hazırda ABŞ dünyada yeganə ölkədir ki, onun Hərbi Hava Qüvvələri fəaliyyətdə olan beşinci nəsil “F-22” qırıcı təyyarələri ilə təchiz ediliblər.

Sifarişlərin azaldılmasına baxmayaraq, ”T-50”- lərin təsdiq olunmuş qrafik üzrə istehsalına 2016-cı ildən başlanılacaq. Həmin təyyarənin istehsal ediləcəyi Komsomolsk –na Amure şəhərinə gələn Borisov deyib: ”Bizim planımıza əsasən gələn il beşinci nəsil qırıcıların çatdırılması həyata keçirilməlidir”.

“T-50” radarlar tərəfindən az yaxalanma xüsusiyyətinə malik olduğuna görə onların yerini təsbit etmək çətinləşəcək. Bu təyyarələrin “F-22”- lər üzərində bir neçə üstünlükləri var. ”T-50” qırıcıları “F-22”-lərə nisbətən daha sürətlə uçurlar və onların uçuş məsafəsinin uzunluğu 5500 kilometrə çatır. Halbuki, Amerikan qırıcılarının maksimal uçuş məsafəsi 3400 kilometrdir. Radiolakasiya aşkarlama sistemləri “T-50” qırıcılarına 400 kilometr uzaqlıqda olan hər hansı hədəfi müəyyənləşdirməyə imkan verir. "F-22”-lərdə isə həmin məsafə 210 kilometrdir. Lakin bunlara baxmayaraq, ABŞ HHQ-nin tərkibində yer alan beşinci nəsil qırıcı təyyarələrin sayı, anoloji rus təyyarələrinin sayından xeyli çoxdur. Beləki, hazırda Amerikanların cəbhəxanasında 187 ədəd “F-22” təyyarəsi fəaliyyətdədir.

Hindistan “T-50” təyyarələrinə böyük maraq göstərir ki, bu da öz növbəsində satışın miqdarını artıra bilər. Amma onlar digər Rusiya qırıcısı “SU- 30 MKİ” kimi “T-50” təyyarələrini də öz ölkələrində istehsal etmək niyyətindədirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar