"Neftçi"nin mətbuat xidməti dəyişiklikdən xəbərzidir - Yenilənib

“Sadıq Sadıqovun “Neftçi” klubunun prezidenti postundan istefa verməsi haqda klubda heç bir rəsmi məlumat yoxdur”. Bunu virtualaz.org saytına açıqlamasında “Neftçi” futbol klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

G.Abbaszadə tanınmış yazıçı Çingiz Abdullayevin klubun prezidenti postuna gətirilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib.

“Çingiz Abdullayevin "Neftçi"nin rəhbərliyinə gətirilməsi haqda da kluba heç bir rəsmi məlumat daxil olmayıb. Biz də bu məlumatları mətbuatdan izləyirik. Yenə deyirəm, bizə - kluba bu barədə hər hansı rəsmi məlumat daxil olmayıb” - deyə klub rəsmisi dedi.

* * * 

“Neftçi” klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib. AzNews.az xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar