Sevgilisini görüşdürdüyü kişiləri döyərək qarət etdi - VİDEO

Bakıda quldurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə saxlanılıb. APA TV-nin məlumatına görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əfsanə Fəxrəddin qızı, onunla qeyri-rəsmi nikah münasibətlərində olan 1989-cu il təvəllüdlü Hacıyev Məmmədəli Ədalət oğlu və Rusiya Federasiyası vətəndaşı, 1984-cü il təvəllüdlü Sadıqov Gülhüseyn Sakit oğlu saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Hələlik saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar