Türkmən kəndləri bombardman edildi

Suriyada hökumətə bağlı qüvvələr əsasən türkmənlərin yaşadığı bölgələri təyyarələrlə vurub. Müsavat.com-un məlumatına görə, Əsədə bağlı qüvvələr Lazkiyə şəhərinin ətrafındakı türkmən kəndlərinə havadan hücum edib. Türkmənlərin yaşadığı Qızıldağ, Murtlu, Göydağ, Gəbəlli kəndlərindəki partlayış səsləri Türkiyədə sərhəd kandlərində də eşidilib.

Qeyd edək ki, əsasən türkmənlərin yaşadığı həmin kəndlər müxalif qüvvələrin nəzarətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar