"İslam Kərimov 90,39% səs toplayıb" - Özbəkistan MSK

Özbəkistan Mərkəzi Seçki Komissiyası martın 29-da keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı İslam Kərimovun qalib gəldiyini açıqlayıb. APA-nın TASS-a istinadən xəbərinə görə, MSK sədri Mirzə Uluqbəy Abdusalomov İ.Kərimovun seçicilərin 90,39% səsini aldığını bildirib.

Onun sözlərinə görə, hazırkı prezidentin lehinə 17,2 mln. nəfər səs verib.

Qeyd edək ki, Özbəkistanda səsvermə hüququ olan 20 mln. seçicinin 85%-i martın 29-da keçirilən seçkilərdə səs verib. Prezidentlik uğrunda 4 namizəd - hazırkı prezident İslam Kərimov, Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, “Milli tıklaniş” Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat “Adolat” Partiyasından Narimon Umarov mübarizə aparıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar