Bakıda şirkətin ofisinə basqın: külli miqdarda pul aparıldı

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 23-ü rayon ərazisində fəaliyyət göstərən günəbaxan tumlarının istehsalı ilə məşğul olan “Ramse” MMC-nin ofisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər şirkətin ofisindən 68 min 500 manat pul oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar