QARABAĞDA QANLI DÖYÜŞLƏR - Xeyli erməni hərbçisi məhv edilib - ADLAR, VİDEO

cebheCəbhə xəttində gərinlik davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Ancaq ermənilər yalnız atəşkəsi pozmaqla kifayətlənmir, vaxtaşırı təxribtlar da törədirlər. Son vaxtlar bu təxribatların sayı daha da artıb. Hansı ki, bu bəzən lokal döyüşlərə çevrilir. Düzdür bu döyüşlərdə çoxlu sayda erməni hərbçisi məhv edilir. Məsələn təxminən 10 gün əvvəl- Novruz bayramı ərəfəsində törədilən bu cür təxribatların birində erməni tərəfi rəsmi məlumata görə, 20-dək hərbçisini itirmişdi. Düşmən tərəf 5 ölüm faktını (bir yaralının sonradan hospitalda keçindiyi deyilirdi) təsdiqləsə də, az sonra (martın 22-də) silahını ataraq Azərbaycan tərəfə keçən hərbçi Andranik Qriqoryanın söylədikləri itkilərin həqiqətən 5–dən çox olmasına və erməni işğalçı ordusunda acınacaqlı ab-havanın və başıpozuqluğun hökm sürdüyünə şübhə yeri saxlamadı.

ANS PRESS ermənilərin itkilərini gizlətməsinə dair yeni fakt aşkarlayıb. Belə ki, bu gün Ermənistan mətbuatı qondarma Dağlıq Qarabağ rejiminin baş separatçısı Bako Saakyan tərəfindən cəbhədə həlak olmuş Hovsep Andreasyan adlı hərbçi qulluqçununun medalla təltif edilməsi haqda qərar qəbul etməsi barədə xəbər yayıb. Maraqlı məqam ondan ibarətdir ki, əvvəllər ölən hərbçilərin siyahısında adı çəkilməyən Hovsep Andreasyanın medalla təltif edilməsinə aid xəbər erməni saytlarının rus versiyasında yerləşdirilməyib. Xəbər yalnız erməni dilində verilib.

Qeyd edək ki, martın 19-da cəbhədə təxribat törətməyə cəhd edərkən ordumuz tərəfindən zərərsizləşdirilən və ermənilərin etiraf etdikləri hərbi qulluqçuların adları bunlardır:

1. əsgər 1996-cı il təvəllüdlü Akop Qaqikoviç Xaçatryan – ölüb.

2. əsgər Eduard Qaqikoviç Ayrapetyan- ölüb.

3. əsgər Arşak Karenoviç Arutyunyan – ölüb.

4. əsgər Samvel Sasunoviç Akopyan -ölüb.

5. leytenant Sarkis Qabrielyan – yaralanıb.

6. əsgər Edqar Martirosyan- yaralanıb.

7. əsgər Qor Darmanyan- yaralanıb.

8. əsgər Rafael (soyadı qeyd olunmayıb) – yaralanıb.

9. əsgər Jirayr Nalbandyan- yaralanıb.

Bu qədər itki verməsinə baxmayaraq, ermənilər cəbhədə təxribatları davam etdirilər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının da məlumatından bəlli olur ki, erməni tərəfi son 2 gündə də təxribatlara cəhd ediblər. Ancaq çoxlu itki erərək, geri çəkiliblər.

Vaqif Dərgahlı bildirib ki, son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib.

O, qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edir. Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi 7 nəfər yox, daha çoxdur: “Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir”.

V.Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda intizamsızlıq baş alıb gedir: “Martın 22-də biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki, hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar münasibətlərdir, özbaşınalıqlardır”.

Qeyd edək ki, Ermənistan saytları xəbər verir ki, ermənilər son iki gündə cəbhə xəttində 7 hərbçisini itiriblər. Bundan əlavə, orduda hərbçilər arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.

Martın 22-də günorta saatlarında isə ilkin məlumata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

MURAD

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar