“İkinci pilotun özünəqəsd meylliliyi olub” - Prokurorluq

Psixiatrlar A320 təyyarəsini qəzaya uğratmaqda şübhəli bilinən ikinci pilot Andreas Lübitsdə bir neçə il ərzində suisidə meyllilik qeyd ediblər. Musavat.com BBC-yə istinadən xəbər verir ki, bu barədə aviaqəzanı araşdıran Düsseldorf Prokurorluğundan bildirilib.

Prokurorluğun mətbuat katibi Ralf Xererenbryukun sözlərinə görə, hələ ki, istintaq pilotun layneri niyə məhv eləmək istəməsinin motivini müəyyənləşdirməyib və uçuş zamanı onda fiziki halsızlıqlar aşkar eləməyib.

Xatırladaq ki, A320 sərnişin təyyarəsinin Fransadakı Alp dağlarına çırpılması nəticəsində ekipaj üzvləri də daxil, 150 nəfər həlak olub. İlkin versiyaya görə, Andreas Lübits gəminin komandirinin (əsas pilot) kabinədən müvəqqəti çıxmasından istifadə edərək, qapını arxadan bağlayıb və qəzanı qəsdən törədib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar