ABŞ bu ölkəni də Kremldən aldı

"Biz onlara kömək etmək üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq"

ABŞ Türkmənistana hərbi dəstək göstərməyə razılıq verib. Anspress-in məlumatına görə, bu haqda ABŞ-ın birləşmiş mərkəzi komandanlığının rəhbəri, general Lloyd Ceyms Ostin danışıb.

"Bu yaxınlarda Türkmənistan Əfqanıstanla sərhədlərini qorumaq üçün hərbi təchizat və texnologiya əldə etmək istəyini bildirmişdi. Biz də onlara kömək etmək üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq", - deyə Lloyd Ceyms Ostin bildirib.

Bir müddət əvvəl Əfqanıstanın kütləvi informasiya vasitələri də məlumat yaymışdılar ki, Əfqanıstanın şimalında İŞİD terrorçularının olması haqqında xəbərlər yayılandan sonra Türkmənistan kömək üçün ABŞ-a müraciət etmişdi.

Qeyd edək ki, iki respublika arasında sərhədin ümumi uzunluğu 209 kilometr təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar