Tanınmış futbolçu Türkiyə yığmasından imtina etdi
Yarımmüdafiəçi millidəki karyerasını başa vurmaq qərarına gəlib
Türkiyə yığması bundan sonra Əmrə Bəlözoğlunun da xidmətindən məhrum olacaq. ANS PRESS-in məlumatına görə, təcrübəli yarımmüdafiəçi millidəki karyerasını başa vurmaq qərarına gəlib.
Əmrənin bu qərarı verməyə səbəb azarkeşlərin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Hollandiya ilə keçirilən oyundan öncəki hərəkətləri vadar edib. Belə ki, 34 yaşlı futbolçu oyundan əvvəl "Beşiktaş” və "Qalatasaray” azarkeşləri ilə problem yaşayıb. Adı çəkiləndə fanatlar onu fitə basıblar. Buna görə də, "Fənərbaxça”nın kapitanı isinmə hərəkətləri etməmişdi.
Əmrə Bəlözoğlu sabah Lüksemburqla keçiriləcək yoldaşlıq görüşündən sonra millidən gedəcəyini açıqlayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl "Bayer”in müdafiəçisi Ömər Toprak da Türkiyə yığmasında oynamaqdan imtina etmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.