Pezidentlər aprelin sonunda Parisdə görüşə bilərlər

Böyük ehtimalla, aprelin sonunda Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Humanitar məsələlərin də müzakirəsi nəzərdə tutulur.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri işlımiş David Şahnazaryan erməni KİV-ə müsahibəsində bildirib.

“Ancaq ondan sonra vəziyyət necə inkişaf edəcək, söyləmək çətindir. Çünki Moskva öz adı və ya KTMT adı ilə Qarabağ konflikti zonasında özünün sülhməramlı qüvvələrini yerləşdirməyə çalışır”, - deyib erməni politoloq.

Şahnazaryan martın 22-də Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanın hərəkətindən də danışıb və bunu “dövlətə xəyanət” adlandırıb: “Onun bu hərəkətinə bəraət ola bilməz. İstisna eləmirəm ki, o, sonradan üçüncü ölkədən siyasi sığınacaq istəsin. Hətta üçüncü ölkəyə düşsə belə, Ermənistan məhkəməsi dövlətə xəyanət eləmiş şəxsə orada da şamil olunmalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar