Müxalifətinin liderinin qatili məlum oldu

İŞİD terror qruplaşmasının üzvü Əbu Mukatil ət Tunisi qruplaşmanın aylıq nəşrinə müsahibəsində tanınmış tunisli siyasətçi Məhəmməd Brahmini qətlə yetirdiyini etiraf edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in nəşr resurslarının monitorinqini həyata keçirən SITE Intelligence Group təşkilatı məlumat yayıb.

Terrorçunun sözlərinə görə, o siyasətçini ölkədə vəziyyəti gərginləşdirmək məqsədi ilə qətlə yetirib. Əbu Mukatil ət Tunisi 2014-cü ildə Suriyaya yollanaraq İŞİD-ə qoşulub.

Xatırladaq ki, Tunisin dünyəvi müxalifətinin lideri Məhəmməd Brahimi 2013-cü ildə qətlə yetirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar