Səudiyyə Yəməni blokadaya aldı

Səudiyyə Ərəbistanı rəhbərlıiyi altında ərəb kolasiyasının dəniz donanmalarına aid gəmilər Yəmənin dəniz limanlarını blokadaya alıb. Anspress-in məlumatına görə, müşahidəçilər bildirirlər ki, limanların blokadaya alınmasından məqsəd onların şiəməzhəb huti qiyamçılarının əlinə keçməsinin qarşısını almaqdır.

Səudiyyə Hərbi Dəniz Qüvvələrinin briqada generalı, koalisiyanın sözçüsü Ahmed Asiri bildirib ki, silahların və döyüşçülərin limanlara daxil olmasına imkan verilmir.

Səudiyyə koalisiyasının təyyarələri ötən gün ərzində Yəmənin 21 əyaləti üzərində hava reydləri keçirib. Koalisiya hava zərbələrinin köməyi ilə qiyamçıların Ədən şəhərinə daxil olmasını əngəlləmək istəyir. Şiə qiyamçılardan qaçan Yəmən prezidenti Abed Rabbo Mansour Hadi əvvəlcə məhz bu şəhərə sığınmışdı. ABŞ-ın əl-Qaedaya qarşı mübarizədə əsas müttəfiqlərindən olan Hadi hələ də Yəmənin rəsmi prezidenti hesab olunur. ABŞ isə Yəmən reydlərində Səudiyyəyə dəstək versə də, hava zərbələrində bilavasitə iştirak etmir.

Hutilər öz növbəsində hava reydləri başlanandan bəri Yəməndə olan 140 xarici vətəndaşı həbs ediblər. Onlar Səudiyyə təyyarələrinə nişançılıq etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, bir çox təhlilçilər bu münaqişəni şiəməzhəb İran və sələfi Səudiyyə arasında nüfuz müharibəsi kimi qiymətləndirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar