Jurnalistdən külli miqdarda narkotik tapıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı hərəkətə keçiblər

Cəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub.

Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun Anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, daxil olan məlumata əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.

Məlumata əsasən polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.

Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq.135 qram heroin, 1 kq. 30 qram tiryək, 805 qram marixuana olub.

Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov "Dedektivpress" qazetinin şöbə müdiridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar