Bakıda bəzi yollarda sürət həddi azaldıldı

Bakıda bəzi yollarda sürət həddi azaldılıb.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: “Zoaqlar üzrə üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar