ABŞ səfiri Anar Məmmədliyə dərhal azadlıq tələb etdi

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar SMDT rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib. Azadliq.info-nun məlumatına görə, bəyanat səfirliyin saytında yayılıb.

Bəyanatdfa deyilir ki, ABŞ bu həbsdən dərin narahatlıq keçirir.

“İttihamın detalları hələlik aydın deyil, lakin əsas sual budur ki, Məmmədlinin həbsi onun təşkilatının seçkidə müşahidənin təşkili və hazırladığı hesabatla bağlıdırmı?

Biz bu məsələni yüksək vəzifəli hökumət nümayəndələrinin qarşısında qaldırmışıq və buna davam edəcəyik. Biz Anar Məmmədlinin dərhal azad olunmasına və məhkəmə araşdırmasının davam etməsinə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Səfir SMDT ilə bağlı istintaqı diqqətdə saxlayacaqlarını da bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar